İlham Əliyev Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verdi
Siyasət
08.10.2024 23:46
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına
müsahibə verib.
TodayPress müsahibəni
təqdim edir.
Müxbir: Siz bu günlərdə Amerikanın Azərbaycana qarşı
sanksiyaları ilə bağlı çox açıq danışdınız. Məlum olduğu kimi, indi Rusiya
minlərlə sanksiyanın təzyiqi altında yaşayır. Sizcə, sanksiyalar siyasətinin
prinsipcə hər hansı perspektivləri varmı?
Bizə
sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında
olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma
ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini
hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit
daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı
olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il
bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin
sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab
edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil.
tag: Rusiya, İlham Əliyev, Prezident, Sanksiya, todaypress.az,