İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət etdilər - YENİLƏNDİ
Siyasət
22.08.2024 16:27
Avqustun 22-də Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini
ziyarət etdilər.
TodayPress xəbər verir ki, dövlətimizin başçısının şərəfinə burada fəxri
qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Məlumat
verildi ki, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan
abidə özbək
xalqının üç min illik tarixini əks etdirir. Yeni abidə paytaxt yaxınlığında yerləşən, ölkənin
müstəqilliyinin
ildönümünə həsr
olunan “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində yerləşir. Altmış metr hündürlüyündə abidə görkəmli şəxsiyyətlərin həyat
və fəaliyyəti ilə əlamətdar
olan dövrü əks etdirir.
Abidənin üzərində Özbəkistan
tarixində qədim
vaxtlardan müasir
dövrədək baş verən
mühüm
hadisələr
təsvir edilib. Kompleksdə əsasən
sərkərdə və döyüşçülərin, alim və mütəfəkkirlərin, maarifçilərin obrazları əks olunub. Müstəqillik abidəsini
sülhü, azadlığı, xeyirxahlığı və xoşbəxtliyi tərənnüm
edən, qanadları geniş açılmış Humay quşunun
obrazı tamamlayır.
Sonra Prezident İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və qızları Leyla Əliyeva burada xatirə şəkli çəkdirdilər.
***
16.27
Avqustun 22-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla
Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.
TodayPress xəbər verir ki, dövlət başçısının şərəfinə
burada fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
tag: Prezident, İlham Əliyev ,Leyla Əliyeva, Mehriban Əliyeva, Daşkənd, todaypress.az,