İlham Əliyev Lüksemburqun Baş naziri ilə görüşdü - YENİLƏNDİ
Siyasət
18.07.2024 13:55
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin
müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə
görüşüb.
TodayPress xəbər verir ki, görüşdə ölkələrimiz arasında
ikitərəfli əlaqələr müzakirə olunub.
Lüksemburqun
Baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin və
regionun sabitliyinin ölkəsi üçün vacibliyini bir daha vurğuladı. O,
Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırıb.
Dövlət başçısı regional proseslər barədə məlumat verərək
bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə
yanaşılmasının önəmini qeyd edib.
Görüşdə
ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və
etimad əsasında əlaqələrimizin inkişaf etdirilməsi üçün böyük perspektivlərin
olduğu vurğulanıb.
Azərbaycan
ilə Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat
daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi
aparılıb.
Söhbət
zamanı Azərbaycanın Avropa İttifaqı və İttifaqa üzv ölkələr ilə çox yaxın əlaqələrə
malik olduğu qeyd edildi. Avropa Siyasi Birliyi platformasının müzakirələrin
aparılması üçün vacib məkan olduğu bildirilib.
Görüşdə
Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb.
Lüksemburqun
Baş naziri bu tədbirdə iştirak etmək niyyətində olduğunu diqqətə çatdırıb.
***
13.08
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin
müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə
görüşüb.
tag: Prezident, İlham Əliyev,Lüksemburq,Lyuk Friden,Oksford, todaypress.az,