İlham Əliyev Davosda İsrail Prezidenti ilə görüşdü
Siyasət
21.01.2025 20:10
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İsrail
Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşüb.
TodayPress xəbər
verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin
uğurla inkişaf etdiyi qeyd olunub.
İsxak Hersoq ölkəmizə rəsmi səfərini
məmnunluqla xatırlayıb.
Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı
səviyyədə olduğu bildirilib, hökumətlərarası birgə komissiyanın işi yüksək
qiymətləndirilib.
Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi
dostluq münasibətlərinin mövcud olduğu vurğulanıb, ölkəmizdə digər icmaların
nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələrinin də sülh,
əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşamaları üçün hərtərəfli
şəraitin yaradıldığı məmnunluqla qeyd edilib.
tag: Prezident, İlham Əliyev, İsxak Hersoq, İsrail, todaypress.az,