İlham Əliyev BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti ilə görüşdü - YENİLƏNDİ - FOTO
Siyasət
14.11.2024 12:53
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 14-də BMT Baş Assambleyasının 79-cu
sessiyasının Prezidenti Filemon Yanq ilə görüşüb.
TodayPress xəbər verir ki,
BMT-nin Azərbaycan ilə əlaqələrinin çox yüksək səviyyədə olduğunu deyən Filemon
Yanq ölkəmizin BMT Nizamnaməsinə tam sadiq olduğunu vurğuladı.
COP29-un yüksək səviyyədə təşkil
olunduğunu qeyd edən BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti bu tədbirin
keçirilməsinin heç də asan olmadığını, hazırlıq prosesinin cəmi 11 ay çəkdiyini
vurğuladı.
Filemon Yanq Azərbaycanın
yaşıl keçid və yaşıl enerji konsepsiyalarını qeyd etdi.
Qonaq BMT Baş Assambleyasının
gənc, peşəkar azərbaycanlı kadrları dəstəklədiyini dedi.
Prezident İlham Əliyev Azərbaycanın
qısa müddət ərzində COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayaraq dedi
ki, bu, ölkəmizin iqlim dəyişmələri ilə bağlı mübarizədə beynəlxalq səyləri dəstəkləmək
əzmini göstərir.
COP prosesində artıq ilkin irəlliləyişlərin
olduğunu qeyd edən dövlətimizin başçısı COP29-da Paris Sazişinin 6-cı bəndi və
beynəlxalq maliyyə qurumlarının yeni maliyyə hədəfləri ilə bağlı açıqlamaları
müsbət hal kimi qiymətləndirdi.
Azərbaycan Prezidenti ölkəmizə
və COP-a qarşı geniş təbliğat kampaniyasının aparıldığını dedi.
Prezident İlham Əliyev Azərbaycanın
çoxşaxəli diplomatik əlaqələrinin olduğunu qeyd edərək, ölkəmizin geniş coğrafi
əhatəsi olan strateji tərəfdaşlıq münasibətləri qurduğunu bildirdi.
Dövlətimizin başçısı Qlobal Cənub
ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin artırılmasının
vacibliyini vurğulayaraq, dünyada mövcud olan geosiyasi arxitekturanın dəyişdirilməlisinin
və ədalətin təmin olunmasının zəruriliyini bildirdi.
***
10:16
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 14-də BMT Baş Assambleyasının 79-cu
sessiyasının Prezidenti Filemon Yanq ilə görüşüb.
tag: Prezident, İlham Əliyev,BMT,Sessiya, todaypress.az,