İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul etdi- YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 19-da Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının
sədri Natalya Koçanovanı qəbul edib.
TodayPress xəbər verir
ki, Natalya Koçanova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun
salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş etdi.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə
əlaqələrimizin inkişaf etdiyi qeyd olundu. Keçən il Belarus Prezidentinin
ölkəmizə dövlət səfəri məmnunluqla xatırlanaraq, onun münasibətlərimizin
inkişafında rolu vurğulandı.
Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Natalya
Koçanova Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını
dedi.
Görüşdə ölkələrimizin parlamentləri arasında
əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu, Bakıda Asiya Parlament
Assambleyasının 15-ci plenar sessiyasının keçirilməsinin önəminə toxunuldu.
Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim
etdi.
***
20:19
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Belarus Respublikası
Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanı qəbul edib.
TodayPress xəbər verir ki,
bu barərə Prezidentin mətbuat xidmətindən bildirilib.
tag: Azərbaycan, Belarus, İlham Əliyev, Natalya Koçanova, todaypress.az,