İlham Əliyev Banqladeş Müvəqqəti Hökumətinin Baş müşaviri ilə görüşdü - YENİLƏNDİ - FOTO
Siyasət
14.11.2024 12:47
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 14-də Banqladeş Xalq Respublikası Müvəqqəti
Hökumətinin Baş müşaviri Məhəmməd Yunus ilə görüşüb.
TodayPress xəbər verir ki, Azərbaycana əvvəlki səfərini
məmnunluqla xatırlayan Məhəmməd Yunus Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığını
qeyd edərək, Mərkəzin tədbirlərində yaxından iştirakını vurğuladı.
Azərbaycanın mühüm beynəlxalq
tədbirlərin keçirildiyi məkana çevrildiyini deyən qonaq COP29-un qısa müddətdə
uğurla təşkil edilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini
çatdırdı. O, Banqladeşdən olan tələbələrə Azərbaycanda təhsil imkanı, ölkəmizlə
təcrübə mübadiləsinin aparılması, 4-cü sənaye inqilabı və rəqəmsal sahədə əməkdaşlıq
məsələlərini qeyd etdi.
Məhəmməd Yunus Azərbaycan
Prezidentini Banqladeşə rəsmi səfərə dəvət etdi.
Prezident İlham Əliyev dəvətə
görə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı Azərbaycanın
COP29-u qısa müddətdə təşkil etdiyini deyərək COP-a sədrliklə bağlı ölkəmizə
qarşı aparılan qarayaxma kampaniyasına toxundu.
Söhbət zamanı ikitərəfli
münasibətlərin inkişaf etdirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri,
siyasi məsləhətləşmələr mexanizminin gücləndirilməsi və beynəlxalq təşkilatlarda
əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, Azərbaycanın ASAN və DOST təcrübəsinin
Banqladeş ilə bölüşməsi məsələsi qeyd edildi.
***
10.00
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 14-də Banqladeş Xalq Respublikası Müvəqqəti
Hökumətinin Baş müşaviri Məhəmməd Yunus ilə görüşüb.
tag: Prezident, İlham Əliyev, Banqladeş, Baş müşavir, todaypress.az,