İlham Əliyev: Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir
Siyasət
08.01.2025 00:21
Azərbaycan cəmiyyəti artıq öz mövqeyini
ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir,
böyüyür.
TodayPress xəbər verir ki, bunu Prezident İlham
Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, əgər bu proses müəyyən
səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır. Bu
xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə
bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü
təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı
da çox azdır.
“Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o
xalqların yanında olacağıq” deyə Prezident İlham Əliyev vurğulayıb.
tag: Televiziya, Müsahibə, Prezident, İlham Əliyev, Bakı Təşəbbüs Qrup, todaypress.az,