İƏT-in Baş katibi Azərbaycana başsağlığı verdi
Siyasət
26.12.2024 04:34
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş
katibi Hüseyn İbrahim Taha dekabrın 25-də Aktauda təyyarə qəzasında həlak
olanlarla əlaqədar Azərbaycana başsağlığı verib.
TodayPress xəbər verir ki, müvafiq bəyanat təşkilatın
saytında yerləşdirilib.
Baş katib həlak olanların ailələrinə, eləcə də Azərbaycan
hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, hadisə nəticəsində xəsarət
alanlara şəfa diləyib, bu faciədən sonra İƏT-in Azərbaycan ilə həmrəyliyini
vurğulayıb.
tag: Qəza,Aktau, Qazaxıstan,Azərbaycan, Bəyanat, todaypress.az,