İƏT-in Azərbaycanda ilk 17-ci Zirvə Toplantısı keçirildi
Siyasət
03.02.2025 21:45
Azərbaycanın xarici işlər nazirinin müavini
Yalçın Rəfiyev İqtisadi Əməkdaşlıq Təşkilatının islahatlar üzrə yüksək
səviyyəli komitəsinin ilk iclasında iştirak etmək məqsədilə İran İslam
Respublikasında səfərdə olub.
Bu barədə TodayPress-ə Azərbaycan Xarici İşlər
Nazirliyindən bildirilib.
Tədbirin keçirilməsində əsas məqsəd, İƏT-in institusional
effektivliyini artırmaq, təşkilatda islahatlar və gələcək fəaliyyət
istiqamətləri ilə bağlı müzakirələr aparmaq olub.
Sözügedən Komitənin fəaliyyəti cari ildə ölkəmizdə
keçiriləcək İƏT-in 17-ci Zirvə Toplantısı çərçivəsində digər mövzularla yanaşı
baxılacaq İƏT-in növbəti 10 il üzrə strateji sənədinin müzakirəsində təməl
rolunu oynayacaq.
Tədbirdə çıxışı zamanı, Yalçın Rəfiyev İƏT-də islahatlar
və regionda gələcək əməkdaşlıq perspektivləri ilə bağlı ölkəmizin mövqeyini
diqqətə çatdıraraq, “İƏT Baxışı 2035” sənədinin regionda çağırışların səmərəli
həllinə və əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyinə ümidvar olduğunu
bildirib.
Səfər çərçivəsində Yalçın Rəfiyev İƏT-in Baş katibi Əsəd
M.Xan, İƏT-ə ev sahibliyi edən ölkə qismində İranın Xarici işlər nazirinin müavini
Seyed Rəsul Mohacer, eləcə də üzv ölkələrdən olan tərəf müqabilləri ilə
görüşərək, çoxtərəfli əməkdaşlıqla bağlı məsləhətləşmələr aparıb.
tag: XİN, İƏT, Azərbaycan, Zirvə ,Toplantı, todaypress.az,