İƏT-in 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək

Siyasət

24.04.2025 11:09

9

"İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək".

TodayPress xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı: İmkanlar və perspektivlər" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, görüşün mövzusu davamlı inkişaf və iqlimədayanıqlı iqtisadi əməkdaşlıq olacaq.

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı noyabrın 9-u 2023-cü ildə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilib.

Töhfə Səməd 

tag: İƏT,Xankəndi,Toplantı,Görüş,Todaypress.az,