Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

Siyasət

07.02.2025 19:04

2442

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddini qəbul edib.

TodayPress xəbər verir ki, bu barədə Qasım Mohiuddin “X” platformasındakı paylaşımında bildirilib.

“2025-ci ilə doğru irəliləyərkən Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərində daha böyük uğurlara nail olmaq üçün öz öhdəliyimizi qoruyuruq”-səfir qeyd edib.

tag: Azərbaycan,Hikmət Hacıyev,Pakistan,Səfir,Xarici siyasət,todaypress.az,