Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazı müzakirə etdi
Siyasət
13.12.2024 21:34
Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri
Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə
müşaviri Akif Çağatay Kılıçla Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti
müzakirə edib.
TodayPress xəbər verir
ki, bu barədə Prezidentin köməkçisi social şəbəkə hesabında yazıb.
“Qardaş Türkiyəyə səfərim əsnasında dəyərli
qardaşlarım Fəxrəddin Altun və Akif Çağatay ilə həmişə olduğu kimi səmimi və
məzmunlu görüşlər keçirdim. Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə
etdik, müttəfiqlik xarakteri daşıyan ikitərəfli əlaqələrimizi nəzərdən
keçirdik” o qeyd edib.
tag: Hikmət Hacıyev, XİN, Türkiyə, Azərbaycan, Akif Çağatay, todaypress.az,