Hikmət Hacıyev: "Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır"
Siyasət
21.07.2024 12:49
Azərbaycan
Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir,
çünki orada Azərbaycana qarşı birbaşa ərazi iddiaları var.
TodayPress
xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi –
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət
Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.
O
qeyd edib ki, Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır:
"Sülh
sazişi ilə bağlı vaxt çərçivəsi qoymuruq. Azərbaycan gözləyir ki, ərazi
iddiasına son qoyulsun. Anlayırıq ki, konstitusiya hər ölkənin daxili işidir,
amma burada başqa ölkəyə qarşı ərazi iddiası olmamalıdır. Hüquqi çərçivə ərazi
iddialarına son qoyacaq formada olmalıdır".
(Report)
tag: Hikmət Hacıyev,II Qlobal Media Forumu,BMT ,dezinformasiya ,rəqəmsallaşdırma ,todaypress.az,