Gürcüstanın XİN başçısı Azərbaycana gələcək
Siyasət
13.01.2025 17:37
Gürcüstanın xarici işlər naziri (XİN) Maka Boçorişvili yanvarın 16-da Azərbaycana rəsmi səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Qeyd olunub ki, M.Boçorişvili Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında iştirak edəcək.
Xatırladaq ki, M.Boçorişvili bu vəzifəyə 2024-cü il noyabrın sonunda təyin edilib.
tag: Gürcüstan ,XİN ,Azərbaycan ,komissiya, todaypress.az,