Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik etdi
Siyasət
24.12.2024 20:45
Gürcüstanın Baş naziri İrakli Kobaxidze
dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
İrakli Kobaxidze dövlətimizin başçısına ad günü
münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və
möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə
minnətdarlığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında dostluq
münasibətlərinin bundan sonra da müxtəlif sahələrdə uğurla inkişaf edəcəyinə
əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri və qarşıdan gələn ildə
yeni təmaslar barədə fikir mübadiləsi aparılıb.
tag: Gürcüstan, İrakli Kobaxidze, İlham Əliyev, Prezident, Təbrik, todaypress.az,