Gürcüstan Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

Siyasət

16.04.2025 10:36

17

Gürcüstan Respublikasının Prezidenti Mixeil Kavelaşvili aprelin 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. 

TodayPress xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

tag: Gürcüstan ,Prezidenti,Mixeil Kavelaşvili,Heydər Əliyev,Məzar ,Ziyarət,Todaypress.az,

photo
photo
photo