Gürcüstan Prezidenti Əli Əsədovla görüşdü-YENİLƏNDİ
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 15-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.
TodayPress xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
***
19:52
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Bakıda Azərbaycan Baş naziri Əli Əsədovla görüşüb.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın əsas istiqamətləri və müxtəlif sahələrdə, o cümlədən regional və beynəlxalq formatlarda uğurlu əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bildirilib ki, əsas diqqət ticarət-iqtisadi münasibətlərin dərinləşdirilməsinə və birgə regional layihələrin inkişafına yönəlib. Xüsusilə Orta Dəhlizin əhəmiyyəti və yükdaşıma imkanlarının artırılması məsələləri vurğulanıb.
Tərəflər həmçinin Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunmasının vacibliyini qeyd ediblər.
Kavelaşvili Azərbaycanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəyişməz dəstəyə görə Baş nazir Əli Əsədova təşəkkürünü bildirib.
tag: Gürcüstan,Prezident,Azərbaycan,Baş nazir,Əli Əsədov,todaypress.az,