Fuat Oktay: “Qarabağ savaşı nəticəsində əldə edilən fürsət bölgənin inkişafı üçün bir şansdır”

Siyasət

07.12.2024 11:03


Hər sahədə əməkdaşlığımız iki dost ölkənin deyil, iki öz qardaş arasında əməkdaşlıq kimidir. XXI əsrdə də tarix yazmağa davam edirik.

TodayPress xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay deyib.

O, bildirib ki, ölkələrimiz arasındakı əlaqələr həm bölgənin inkişafına, həm də qlobal inkişafa töhfə verməkdədir: 

“Dünyanın bir çox bölgəsində qeyri-sabitliyin şahidi olmaqdayıq. Suriyadakı son hadisələr, Rusiya-Ukrayna müharibəsi kimi yanımızda baş verən hadisələr əlaqələrimizin daha da gücləndirilməsini labüd edir. Azərbaycan-Ermənistan arasında sülh prosesinin ən qısa vaxtda yekunlaşmasına ümid edirik. Qarabağ savaşı nəticəsində əldə edilən bu fürsət bölgənin inkişafı üçün bir şansdır”.

tag: Fuat Oktay ,Dost ,Ölkə, Türkiyə ,todaypress.az,