Fuat Oktay Prezident İlham Əliyevə başsağlığı verdi
Siyasət
14.01.2025 14:04
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
TodayPress xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, cənab Prezident. "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu faciəvi qəza nəticəsində həyatını itirən bacı-qardaşlarımıza Allah-Taaladan rəhmət diləyir, onların kədərli ailələrinə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.Qəza nəticəsində yaralananların tezliklə şəfa tapmalarını arzulayıram. Dost və qardaş Azərbaycanın kədərini səmimi-qəlbdən bölüşürük. Fürsətdən istifadə edərək Zati-alinizə ən xoş arzularımı çatdırır, cansağlığı və firavanlıq diləyirəm".
tag: Prezident,İlham Əliyev,Fuat Oktay,Başsağlığı ,Todaypress.az,