Finlandiyanın dövlət başçısı Prezident İlham Əliyevə başsağlığı verdi
Siyasət
30.12.2024 17:53
Finlandiya Prezidenti Aleksandr Stubb Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.
TodayPress Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubda deyilir:
"Dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması barədə dəhşətli xəbərdən dərindən kədərləndim. Finlandiya xalqı adından və şəxsən öz adımdan sizə, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
tag: Finlandiya ,Prezident,Aleksandr Stubb,İlham Əliyev,Aktau,todaypress.az,