Feridun Sinirlioğlu: "Cənubi Qafqazda əməkdaşlığımız daha da güclənəcək”
“Azərbaycana minaların təmizlənməsi işində dəstək olmağa hazırıq”.
TodayPress xəbər verir ki, ATƏT-in baş katibi Feridun Sinirlioğlu bunu aprelin 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında deyib.
Baş katib eyni zamanda vurğulayıb ki, ATƏT ölkələrin suverenliyinə hörmət əsasında olan prinsiplərinə əsasən addım atılmalıdır:
O, Gürcüstan və Ermənsitandakı səfərlərində də rəsmilərə bütün prinsipləri yenidən xatırlatdığını bildirib:
“Azərbaycanla Ermənistan arasında sülh razılaşması mətninin tamamlanmasını yüksək qiymətləndirirəm. Ümid edirəm ki, gələcəkdə də Cənubi Qafqazda əməkdaşlığımız daha da güclənəcək”.
Töhfə Səməd
tag: Ceyhun Bayramov ,Cənubi Qafqaz,Ermənsitan,ATƏT,Feridun Sinirlioğlu,Todaypress.az,