Fatih Birol “Dostluq” ordeni ilə təltif edildi
Siyasət
31.01.2025 16:06
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol “Dostluq” ordeni ilə təltif edilib.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla F.Birol bu mükafata Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.
tag: Beynəlxalq Enerji Agentliyi,Fatih Birol,Dostluq,İlham Əliyev,todaypress.az,