Ermənistanın verdiyi mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir
Siyasət
12.12.2024 11:51
"Ermənistan tərəfindən verilən mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir”.
TodayPress xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, Ermənistan regionda ən çox mina istehsal edən ölkələrdən biridir. Hikmət Hacıyevin sözlərinə görə, işğal dövründə Ermənistan tərəfindən 1 milyondan artıq mina basdırılıb və ölkəmizin ərazisinin təxminən 12 faizi mina ilə çirkləndirilib.
Prezidentin köməkçisi Ermənistanın silahlanmasından da söz açıb. O, vurğulayıb ki, bu məslənin arxasında duran əsas qüvvələrdən biri Fransadır. “Ermənistan işğalçı və təcavüzkar dövlətdir. Bu baxımdan onun silahlandırılması mütləq məsuliyyətli məsələdir” deyən Hikmət Hacıyev qeyd edib ki, Fransa tərəfindən Ermənistana öldürücü silahlar verilib.
Prezident Administrasiyasının şöbə müdiri xatırladıb ki, iki ölkə arasında açıq qalan müəyyən məsələlər var ki, onlara da işçi qaydada baxılmaqdadır. O, artıq iki ölkə arasında müharibə faktorunun qalmadığını diqqətə çatdırıb.
“Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edib. Ermənistan işğalçı qüvvələri də Azərbaycan ərazisindən çıxarılıb” Hikmət Hacıyev əlavə edib.
tag: Ermənistan, Azərbaycan ,Mina, Hikmət Hacıyev, todaypress.az,