Ermənistanın separatçıları təmin etdiyi silah və texnikaların siyahısı açıqlandı
Siyasət
17.02.2025 20:49
Ermənistan dövlətinin
vaxtilə işğal etdiyi Azərbaycan Respublikasının suveren ərazilərində yaratdığı
və onun nəzarəti altında fəaliyyəti göstərmiş qondarma “Dağlıq Qarabağ
respublikası”nı və onun qanunsuz silahlı birləşmələrini Ruben Vardanyan və
digərləri vasitəsilə təmin etdiyi silah və texnikaların sayı və tərkibi məlum
olub.
TodayPress xəbər verir ki, müvafiq silah və texnikaları
siyahısı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin
növbəti baxış iclasında açıqlanıb.
Bilidirilir ki, Ermənistan separatçıları ümumilikdə 160
ədəd müxtəlif növ zirehli döyüş texnikası, 16.805.903 ədəd müxtəlif növ atıcı
silah, onun komplekt hissələri və döyüş sursatları, 230 ədəd müxtəlif növ
minaatan, tank əleyhinə 137 ədəd müxtəlif növ vasitə, 162 ədəd müxtəlif növ
artilleriya topu, 3 ayaq radar sistemi və digər növ hərbi texniki əmlaklar, 41
min 522 ədəd müxtəlif növ əl qumbarası, habelə uçuş həyata keçirən təyyarə və
digər avadanlıqları hədəfindən yayındırmaq üçün istifadə olunan Radiomaneə
kompleksi “Pole-21”, naviqasiya və telemetriya siqnallarını susdurmaq üçün
istifadə edilən “Repellent-1” radioelektron mübarizə kompleksi ilə
silahlandırıb.
tag: Qarabağ, Ermənistan, Silah, Vardaryan, Texnika,todaypress.az,