Ermənistan Parlamentində delimitasiya reqlamenti təsdiqləndi

Siyasət

21.10.2024 15:35

Ermənistan parlamentinin komissiyası Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament layihəsini təsdiqləyib.

TodayPress xəbər  verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.   

Sənədin lehinə 5, əleyhinə isə 3 deputat səs verib.

Layihənin parlamentin oktyabrın 22-də keçirilməsi planlaşdırılan iclası çərçivəsində ratifikasiya olunacağı gözlənilir.

tag: Ermənistan, Parlament, Azərbaycan, Layihə, İclas,Delimitasiya , todaypress.az,