Ermənistan hərbi eskalasiyaya hazırlaşır: Cavab tədbiri sərt olacaq - Hərbi ekspertdən açıqlama

Siyasət

26.07.2024 12:58

“Ermənistan son aylarda tərəflər arasında vəziyyəti gərginləşdirmək üçün əlindən gələni edir”. 

Bunu Hərbi ekspert Ədalət Verdiyev, TodayPress-ə açıqlamasında bildirib.  

Onun sözlərinə görə, son zamanlar baş verənləri nəzərə alsaq, Ermənsitanın növbəti genişmiqyaslı təxribatlara, hətta eskalasiyaya hazırlaşdığını proqnozlaşdıra bilərik: 

“Son günlərdə Ermənistan Kəlbəcər istiqamətində ağır silahlardan istifadə etməklə və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törədib. Onlar bununla Azərbaycan ərazilərinin kəşfiyyatını aparmağa, əməliyyatlar zonasında yerləşən atəş vasitələrimizin mövqelərini və onların kordinatlarını dəqiqləşdirməyə cəhd ediblər. Xüsusən, Ermənistana idxal edilən silahlardan Azərbaycan əraziləri atəşə tutulur. Hadisələrin bu cür gedişatını nəzərə alaraq deyə bilərik ki,  yaxın günlərdə Ermənistan Azərbaycanla şərti dövlət sərhəddinin bir və ya iki istiqamətində qoşun cəmləşdirəcək”. 

Ədalət Verdiyev ehtimal edir ki, yaxın perspektivdə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı geniş təxribatlar törədə bilər. Onun sözlərinə görə, biz fəaliyyətlərimizi bu təxribatların qarşısını almağa yönəltməliyik. O, düşmən qüvvələrinin cəmləşmə istiqamətində perventiv tədbirlərin görüləcəyini də istisna etməyib.

Günəş Mərd

tag: Ermənistan, Azərbaycan, Kəlbəcər, Tovuz,Ədalət Verdiyev, todaypress.az,

photo