Ermənistan Azərbaycanla delimitasiya komissiyalarının iş qaydasına baxacaq

Siyasət

02.09.2024 15:52

Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasda Azərbaycanla delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməyə (reqlament) baxacaq.

TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Sənəd delimitasiya üzrə işlərin təşkilini və müvafiq sənədlərin qəbulunu, o cümlədən uyğun miqyasda delimitasiya xəritəsinin tərtibini nəzərdə tutur.

Qeyd olunub ki, bu sənəd gələcəkdə dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra iki ölkə arasında prosessual məsələləri tənzimləyəcək.

tag: Ermənistan, Azərbaycan, Sənəd, Müqavilə, İmzalanmaq, todaypress.az,