Ermənilər tərəfindən girov və əsir götürülən 170 azərbaycanlı işgəncələrlə öldürüldüyü açıqlandı
1988-2023-cü illərdə ermənilər tərəfindən
Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli
işgəncə metodları tətbiq edilməklə 1 698 azərbaycanlı girov götürülüb.
TodayPress xəbər verir ki, bu barədə hərbi cinayətlər
törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində prokuror Fuad
Musayev ittiham aktını elan edən zaman bildirilib.
O bildirib ki, əsir və girov götürülən 1284 dinc sakindən
122-i mülki sakin, əsir götürülmüş 414 nəfər isə hərbi qulluqçudan isə 48
nəfəri, ümumilikdə 170-i işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə
qəsdən öldürülüb:
"Qalan 1528 nəfər şəxs Azərbaycan dövləti tərəfindən
beynəlxalq təşkilatlar vasitəsilə görülmüş tədbirlər, eləcə də hərbi əsir və
girovların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən maddi
nemətlər müqabilində azad edilib".
tag: Qarabağ, Ziyan, Azərbaycan, Ölüm, Cinayət, Hərbi Qulluqçı, Girov, todaypress.az,