Ermənilər tərəfindən 1988-2024-cü illər ərzində 18 min 850 şəxs qəsdən öldürüldü
Ermənilər tərəfindən 1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb.
TodayPress xəbər verir ki, bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmədə prokuror ittiham aktının nəticəvi hissəsini elan edən zaman deyib.
O bildirib ki, qeyd olunan dövr ərzində 4435 nəfəri
mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə
müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd
edilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində
sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə
qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər
çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının
vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit
İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan
cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-də davam
etdirilib.
Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayev
təcavüzkar müharibənin gedişində törədilmiş ayrı-ayrı cinayət faktları və iş
üzrə təqsirləndirilən şəxslərin həmin cinayətlərdə iştirakına dair ittiham
akının hissəsini elan ediblər.
tag: Ermənistan, Terror, Məhkəmə, Cinayət, Vardaryan, todaypress.az,