Ərdoğan: Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək

Siyasət

08.01.2025 21:21

Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək.

TodayPress xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

R.T.Ərdoğan ölkələr arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb.

Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyib.

tag: Türkiyə, Prezident, Ərdoğan, İlham Əliyev, Azərbaycan, todaypress.az,