Ərdoğan: "Qarabağın azad edilməsi regionda yeni səhifə açıb"
Qarabağın 30 ilə yaxın işğaldan sonra azad edilməsi regionda yeni səhifə açıb.
TodayPress xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Novruz bayramı münasibətilə təşkil olunan tədbirdə deyib.
O, həmçinin bildirib ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələlərdən sonra Azərbaycan Türkiyəyə köməyə ilk gələnlərdən biri olub.
Ərdoğanın sözlərinə görə, türk dünyası ölkələri üçün ən böyük dəyər birlikdir.
Siyasətçi qeyd edib ki, qardaş ölkələr birgə səylərlə yeni dünya düzəni quracaq və bu düzənin mərkəzində türk dünyası olacaq.
tag: Türkiyə,Ərdoğan,todaypress.az,Azərbaycan,Qarabağ,