Ərdoğan Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi
Siyasət
09.11.2024 16:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
TodayPress-in xəbərinə görə, Türkiyə liderinin “X” hesabındakı paylaşımında deyilir:
“Dostumuz, qardaşımız, tale ortağımız Can Azərbaycanın 9 Noyabr – Dövlət Bayrağı Gününü təbrik edir, əziz qardaşım, Prezident İlham Əliyevin timsalında Azərbaycan xalqına salam və məhəbbətimi göndərirəm”.
tag: Ərdoğan, 9 Noyabr, Dövlət Bayrağı Günü, Xarici Siyasət, todaypress.az,
![photo](/uploads/news/672f4ab0a0644.png)