Ən yaşlı və ən gənc namizədin adı məlum oldu
Siyasət
13.08.2024 17:13
Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək ən yaşlı və ən gənc namizədlərin adları məlum olub.
TodayPress xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytına istinadən xəbər verir ki, ən gənc namizədin 18, ən yaşlı namizədin isə 86 yaşı var.
Ən yaşlı namizəd 1938-ci il təvəllüdlü Oqtay Zeynalovdur. O, 38 saylı Gəncə birinci seçki dairəsində mübarizə aparacaq. Namizədliyi “Müsavat” partiyası tərəfindən irəli sürülüb.
Ən gənc namizəd olan Hüseynov Zəbulladır. 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizədliyini irəli sürən H.Zəbulla tələbədir. Onun hansı ali təhsil müəssisəsində təhsil aldığına dair məlumat yoxdur.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər sentyabrın 1-də keçiriləcək. Bu barədə iyunun 28-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Günəş Mərd
tag: Azərbaycan, Seçkilər, Cavan, Qoca, Milli Məclis, Prezident, İlham Əliyev, todaypress.az,