Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü

Siyasət

17.03.2025 20:13

1579

Azərbaycan Baş naziri Əli Əsədov Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Baş nazir Ə.Əsədov B.Akgünü Azərbaycanda diplomatik missiyasının başlaması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dövlət başçılarının birgə səyləri ilə müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatması məmnunluqla vurğulanıb.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.


tag: Baş nazir,Əli Əsədov,Türkiyə,Birol Akgün,todaypress.az,