Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarıldı

Siyasət

15.06.2024 15:59

Malik Ələkbərov Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

TodayPress xəbər verir ki, nazirlikdən məlumatı təsdiqləyiblər.

Bildirilib ki, dövlət başçısının fərmanı ilə Ədliyyə Nazirliyində struktur dəyişikliyi həyata keçirilib: "Bununla əlaqədar Malik Ələkbərov vəzifəsindən azad edilərək sərəncama götürülüb".

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinin icrası İlham Abasquliyevə həvalə edilib.(report.az)

tag: Ədliyyə Nazirliyi, Dəyişiklik, Sərəncam, İlham Abasquliyev, Malik Ələkbərov, todaypress.az,