Dünya Turizm Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi
Siyasət
30.12.2024 20:44
Dünya Turizm Təşkilatının Baş katibi Zurab
Pololikaşvili Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu
ünvanlayıb.
TodayPress xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin
Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə
qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Dünya Turizm
Təşkilatı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığımızı
bildirirəm.
Düşüncələrimiz bu faciəvi hadisə nəticəsində yaxınlarını
itirən ailələrin, yaralananların yanındadır. Bu çətin anda biz Azərbaycan xalqı
ilə həmrəy olduğumuzu bildiririk.
Qəzada xəsarət alanların tezliklə və tam şəfa tapmalarını
arzulayır, bu kədərli anları yaşayan hər kəsə bir daha başsağlığı veririk.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş
edirəm".
tag: Bakı, Qazaxıstan, Aktau, Azərbaycan, Qəza, Təyyarə, todaypress.az,