DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət etdi

Siyasət

20.01.2025 13:17

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə yad edib, məzarları üzərinə qərənfillər düzüblər.

Bu barədə TodayPress-ə DTX-nın mətbuat xidmətindən məlumat verilib. 

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da  ziyarət olunub.

tag: DTX, 20Yanvar,Anım günü,Daxili Siyasət, todaypress.az,