DSMF-nin sədri vəzifəsindən azad edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Qabil oğlu Məmişov vəzifəsindən azad edilib.
TodayPress xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Daha bir Sərəncamla H.Məmişov maliyyə nazirinin müavini təyin edilib.
tag: DSMF,Himalay Məmişov,Sərəncam,İlham Əliyev,