Dövlət başçısı: Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik
Siyasət
08.01.2025 00:37
Əgər hər iki tərəf maraqlı olsa, biz
Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik.
TodayPress xəbər verir ki, bu fikri Prezident İlham
Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Trampın öz açıqlamaları ilə çox aydın, açıq mesajlar
göndərdiyini vurğulayan Azərbaycan Prezidenti əlavə edib: “Onların böyük
əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür.
Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən
Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq”.
tag: İlham Əliyev, Prezident, Müsahibə, Qərb, Amerika, Televiziya, todaypress.az,