Dekabrın 26-da Azərbaycanda matəm elan edildi - SƏRƏNCAM
Siyasət
25.12.2024 15:39
Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
tag: Azərbaycan, Prezident, İlham Əliyev, Sərəncam, todaypress.az,