ÇKP-nin nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər

Siyasət

02.04.2025 12:00

2721

Çin Kommunist Partiyası Mərkəzi (ÇKP) Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonun rəhbərlik etdiyi nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə ölkəmizə səfərə gəlib.

TodayPress xəbər verir ki, səfər çərçivəsində aprelin 2-də YAP-ın nümayəndələri və ÇKP-nin nümayəndə heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər Xiyabanı ziyarət olunub. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

tag: Çin Kommunist Partiyası,YAP,Heydər Əliyev,Şəhidlər Xiyabanı,todaypress.az,

photo
photo
photo
photo