Çinli istehsalçı: “Azərbaycan bazarını öyrənmək niyyətindəyik”

Siyasət

14.05.2025 14:39

19

“Azərbaycan bazarını öyrənmək niyyətindəyik”.

Çinli yük maşını istehsalçısı, “Beijing Yifan Technology” şirkətinin satış direktoru Yan Xu bunu TodayPress-ə danışarkən deyib. 

Şirkət nümayəndəsi Azərbaycan bazarına ilk dəfə daxil olduqlarını bildirib.

Onun sözlərinə görə, bu səfərin əsas məqsədi potensial müştərilərlə tanış olmaq və bazarı öyrənməkdir:

“Bura ilk dəfədir ki, gəlirəm, ona görə də bazar barədə çox şey bilmirəm. Amma əsas məqsədimiz buradakı bazarı genişləndirməkdir. Biz yük maşınları və onların üst qurğularının istehsalı ilə məşğuluq”.

O əlavə edib ki, bu mərhələdə sərgidə iştirak edərək yerli müştəri ehtiyaclarını araşdırırlar.   

Qeyd edək ki, Bakıda 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” Sərgisi keçirilir.

Töhfə Səməd

tag: Çinli,Yan Xu,Şirkət,Direktor,Todaypress.az,