Ceyhun Bayramovla Feridun Sinirlioğlu arasında geniştərkibli görüş başladı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Baş katibi Feridun Sinirlioğlu arasında geniştərkibli görüş başlayıb.
Bu barədə TodayPress-in tədbirdə olan əməkdaşı xəbər verir.
Görüşdə ATƏT-in suverenlik, ərazi bütövlüyü kimi prinsiplərinin etimadın bərpası və davamlı sülhün təmin edilməsi üçün əsas olduğu vurğulanıb.
ATƏT-in yeni reallıqlara uyğunlaşdırılması, çoxtərəfliliyin gücləndirilməsi və təşkilat çərçivəsində ortaya çıxan təhdidlərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Töhfə Səməd
tag: Ceyhun Bayramov,XİN,ATƏT-in Baş katibi,Feridun Sinirlioğlu,Todaypress.az,