Ceyhun Bayramov Səudiyyə Ərəbistanının XİN başçısı ilə görüşdü - YENİLƏNDİ
Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud arasında geniş tərkibdə görüş olub.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, enerji sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.
BMT, İslam Əməkdaşlıq Təkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq da gündəmin əsas mövzusu olub.
Nazir Ceyhun Bayramov regionda münaqişədən sonrakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti, mövcud çağırışlar, o cümlədən Ermənistanın Konstitusiyasında təsbit olunmuş ərazi iddialarının davam etdirilməsi barədə qarşı tərəfə ətraflı məlumat verib.
xxx
16:08
Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
tag: XİN,Azərbaycan,İcma,Ceyhun Bayramov,Todaypress.az,