Ceyhun Bayramov Serbiyaya getdi

Siyasət

23.12.2024 09:50

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.

TodayPress xəbər verir ki, bu barədə  Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, habelə xarici işlər naziri Marko Curiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

tag: Serbiya ,XİN, Ceyhun Bayramov ,Nazir, todaypress.az,