Ceyhun Bayramov Qazaxıstana rəsmi səfərə yola düşdü

Siyasət

10.03.2025 18:12

1596

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfərə yola düşüb.

Bu barədə TodayPress-ə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Rəsmi səfər çərçivəsində 11 mart tarixində nazir Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu, habelə digər yüksək səviyyəli rəsmilər ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

tag: Ceyhun Bayramov,Qazaxıstan,Rəsmi,Səfər,Todaypress.az,