Ceyhun Bayramov Qazaxıstan dövlətinə və xalqına təşəkkür edib

Siyasət

11.03.2025 10:45

2291

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasında dərhal sonra göstərilən operativ yardıma görə Qazaxıstan dövlətinə və xalqına təşəkkür edib.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycan XİN başçısı Qazaxıstan xarici işlər naziri ilə birgə mətbuat konfransında danışıb.

"Sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından dərhal sonra aktarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində yüksəl operativlik göstərdiyinə və bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan tərəfinə və bütün qazax xalqına təşəkkür edirəm" deyə o bildirib.

tag: Azərbaycan ,XİN,Ceyhun Bayramov,Təşəkkür,Todaypress.az,