Ceyhun Bayramov: "Minsk qrupunun mövcudluğunda heç bir məntiq yoxdur"
“2024-cü ilin dekabrında Maltada keçirilən ATƏT-in görüşündə Ermənistan tərəfinin Minsk qrupu ilə bağlı qərəzli və qeyri-adekvat çıxışı bizdə ciddi suallar yaradıb”.
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bunu aprelin 25-də ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, Ermənistan həqiqətən də sülh və razılaşma istəyirsə, o zaman bu kimi vasitəçilərin bölgədə qalmasında heç bir məntiq yoxdur.
Töhfə Səməd
tag: XİN,Azərbaycan,Görüş , ATƏT,Todaypress.az,