Ceyhun Bayramov İraq Respublikasına səfər etdi
7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə Nazirlikdən TodayPress-ə verilən məlumata görə səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
tag: Ceyhun Bayramov,XİN,İraq,Səfər,Todaypress.az,